Sumqayıtda sursat aşkar edildi - FOTO/VİDEO

Sumqayıtda sursat aşkar edildi - FOTO/VİDEO
30 2024 10:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı beş ədəd “F-1” əl qumbarası, üç ədəd UZRQM partladıcısı və bir ədəd tüstü şaşkası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 


20 May 2024
Cəmiyyət

Zəngəzur meşələrindən reportaj

Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.

20 May 2024
Cəmiyyət

Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar

Laçın şəhər 2 nömrəli tam orta məktəbin dörd şagirdi təhsilini Qarabağ Universitetində davam etdirməyi arzulayır.

20 May 2024
Cəmiyyət

Nazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

"Azərbaycan və Tacikistan arasındakı iqtisadi əməkdaşlıq siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır".

20 May 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Mayın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

20 May 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 20 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.